Saxlanılan cinayətkar dəstənin üzvləri danışdı- VİDEO

Saxlanılan cinayətkar dəstənin üzvləri danışdı- VİDEO
  21 Mart 2014    Oxunub:1354
Quba rayonunda avtomobillərdən oğurluq edən 4 nəfər peşman olduqlarını dedilər.

Quba RPŞ-nin baş müstəntiqi, Əsgər Kazımov: “Alekseyevka kənd sakinləri Xudaverdiyev Rəsul Elçin oğlu, Əliyev Cəmil Ayətşah oğlu, Muradov Bilal Cəbrayıl oğlu və Əzizov Cəmil İmam oğlu qabaqcadan əlbir olan qrup şəklində 2014 -cü il fevral ayının 10-dan mart ayının 15-dək olan müddətdə Quba rayonunun müxtəlif ərazilərində oğurluq hadisələri törətmişlər. Belə ki, onlar müxtəlif kəndlərdə sahibsiz, adətən də gecə vaxtları evlərin qarşısında dayanmış avtomaşınların akkumulyatorlarını, əsasən maqnitofonlar və digər hissələrini oğurlamışlar”.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, baş müstəntiq qubalı sürücülərin avtomobillərinə qənim kəsilmiş dəstənin təkcə Qubada 12 belə oğurluq törətdiklərinin məlum olduğunu dedi. Oğurladıqları maşın hissələrini Xaçmaz və Xudat şəhərlərindəki metal qəbulu məntəqələrinə, 1 hissəsini isə ayrı -ayrı şəxslərə satan dəstənin əlləri qonşu rayonlara da çatıb.

Saxlanılan gənc şərikçi dostlar peşman olduqlarını bildirdilər.

Saxlanılan şəxs, Rəsul Xudaverdiyev: “Bəli, peşmanam, çox peşmanam".

Saxlanılan şəxs, Cəmil Əzizov: “Peşmanam da neynim, səhv oldu, eləmişəm".

Saxlanılan şəxs, Cəmil Əliyev: ”Kruqa düşdüm. Yəni kəlmə söhbəti oldu, keçəmmədim. 1 dəfə oldu, Hələ belə. Yəni mənim heç 1 xeyrim yoxdu. Maddi marağım olmayıb, kruqa düşdüm, ona görə getdim".

Digər saxlanılan Bilal Muradov qonşu rayonlarda oğurluq etdiklərini də təsdiqləyib.

Fakta görə cinayət işi başlanılıb, istintaq davam edir.




Teqlər:





Xəbər lenti