26 milyonluq heykəli sökməyə 24 milyon xərclənəcək

26 milyonluq heykəli sökməyə 24 milyon xərclənəcək
  18 Sentyabr 2021    Oxunub:1726
Çində məşhur "Guan Yu" heykəlinin yeri dəyişdirilir. Azvision.az xəbər verir ki, 58 metrlik tunc heykəlin sökülərək başqa əraziyə aparılması üçün təxminən 24 milyon dollar xərclənəcək.
Çin hərbi komandirinin şərəfinə ucaldılmış bu abidə 2016 -cı ildə 26 milyon dollara ərsəyə gəlib. Şəhər sakinləri abidəni bəyənməyiblər. Vətəndaşlar onun şəhərin görkəmini korladığını deyirlər. Yerli medianın yazmasına görə, əslində bu, hökumətin də xoşuna gəlməyib.

Abidənin götürülməsi ilə bağlı qərarı isə Çinin Mərkəzi Televiziyası elan edib. "Guan Yu" indiki yerindən 8 km məsafəyə - Dianjiantaya köçürülməlidir.
Qeyd edək ki, Guan Yu II əsrin sonu - III əsrin əvvəllərində yaşayıb və böyük döyüşlərdə iştirakı, qəhrəmanlığı ilə məşhurlaşıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Abidə   Çin  





Xəbər lenti