Bayram günü 1700 çağırış olub

Bayram günü 1700 çağırış olub
  22 Mart 2014    Oxunub:962
Novruz Bayramı günlərində Bakıda təcili yardıma edilən çağırışların statistikası açıqlandı.
Novruz Bayramı günlərində - martın 20-21-də Bakıda təcili yardıma edilən çağırışların sayında fərq olmayıb. AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məlumata görə, çağırışların sayı adi günlərdəki kimi olub: "Necə ki, adi günlərdə orta hesabla 1700 çağırış var idi, bayram günlərində də çağırışların sayı bu qədər olub".

Məlumatda, həmçinin qeyd olunub ki, bayram günlərində heç bir kütləvi zəhərlənmə və ya qidadan zəhərlənmə halları qeydə alınmayıb.

Qeyd edək ki, ilaxır çərşənbəsinin qeyd olunduğu gün - martın 18-də Bakıda 6 nəfər tonqal ətrafında yanıb. Onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib, birinin dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Teqlər:





Xəbər lenti