Qətl kameralara düşüb, amma qatillər `tapılmır`?

Qətl kameralara düşüb, amma qatillər `tapılmır`?
  25 Mart 2014    Oxunub:1193
Lənkəranda qətlə yetirilən sələmçi Sürəyya Tağıyevanın qatilləri hələ də tapılmayıb. AzVision.az “Axar.az”a məlumatına görə, qadının 2 nəfər tərəfindən öldürüldüyü bildirilsə də, polisin onları “isti izlərlə” tapması mümkün olmayıb.

Maraqlı burasındadır ki, lənkəranlılar qətlin necə və kimlər tərəfindən həyata keçirilməsinin mərhumun həyətindəki təhlükəsizlik kameralarına düşdüyünü iddia edirlər. Bu hadisədən öncə isə maskalı şəxslərin bir başqa qadının evinə basqın edib, əl-qolunu bağlayaraq qızıllarını aparmasından sonra da həmin cinayətkarların tapılmaması əhalini təlaşlandırıb. Sakinlərin bildirdiyinə görə, sələmçi qadının qatilləri maskalı şəxslər olub. Onlar cinayəti törədikdən sonra ağ rəngli xarici maşına minərək hadisə yerini tərk ediblər.

Əhali təhlükəsizlik kamerasına düşən canilərin hələ də tapılmamasından narahatdır. Xatırladaq ki, mart ayının 21-də iki nəfər maskalı şəxs Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın edib. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illərdir sələmə pul verməklər məşğul imiş.


Teqlər:





Xəbər lenti