Bayram reydinin acınacaqlı rəqəmi- 258 sərxoş

Bayram reydinin acınacaqlı rəqəmi- 258 sərxoş
  25 Mart 2014    Oxunub:1165
Təkcə 11-ci tağım tərəfindən 161 sərxoş sürücü barədə inzibati protokol tərtib olunub.
Bakıda bayram günləri 258 sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb.

AzVision.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, istirahət günlərində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirən zaman təkcə 11-ci tağım tərəfindən 161 sərxoş sürücü barədə inzibati protokol tərtib olunub.

Yol polisi onu da əlavə edib ki, bayram günləri paytaxtda 21 yol qəzası baş verib. Qəzalarda 3 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu ilin yanvar ayının birindən indiyə qədər 1908 sərxoş sürücü saxlanılıb.
Bayram günlərində ölkə ərazisində 67 yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində ümumilikdə 15 nəfər dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti