Bakıda güzgülü keçid tikilib
4 giriş-çıxışı olan keçiddə 5 iri güzgü quraşdırılıb.Üç giriş 6 eskalatorla təchiz olunub. Fəqət eskalatorlar işlək olmadığından piyadalar pilləkənlərlə enib-qalxmalı olurlar.
"Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin dediyinə görə, obyekt rəsmi olaraq istismara verilmədiyindən eskalatorlar hələlik işləmir.
Yeraltı keçidin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü 3 metrdir.