Əfqanıstandakı Azərbaycan hərbçilərinin sayı açıqlandı
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı hərbi kontingenti hazırda orada xidmətini davam etdirir və şəxsi heyətinin tərkibi 6 aylıq rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onları sayı artıraraq bölük səviyyəsinə çatdırılıb.
2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentimizin 2 dəfə artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib.
Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.
Teqlər: