ELSA prezidentləri Azərbaycanda toplaşacaq

ELSA prezidentləri Azərbaycanda toplaşacaq
  26 Mart 2014    Oxunub:1361
ELSA-Azərbaycan nümayəndə heyəti 16-23 Mart 2014-cü il tarixləri aralığında Maltada keçirilən ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) Beynəlxalq Şura Toplantısında böyük uğura imza atıb.

Təşkilatın 65-ci Şura Toplantısında 18 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak edən ELSA Azərbaycan 2015-ci il ELSA Prezidentlər Toplantısı üçün mümkün 105 səsdən 104 ilə ev sahibi seçildi.

`ELSA Azərbaycan`ın Prezidenti Sirac Sultanlı saytımıza bildirib ki, Avropanın 43 dövləti ELSA-nın tamhüquqlu üzvüdür. Və bu dövlətlərdə yerləşən nümayəndəliklərin Prezidentləri ildə iki dəfə üzv dövlətlərdən hər hansı birində toplanmaqla təşkilatın təşkilati-struktur məsələləri ilə bağlı müzakirələr aparır, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mühüm məsələlərə dair qərarlar verirlər. Prezidentlər Toplantısı üçün ev sahibi isə, ELSA-nın ildə iki dəfə keçirilən Beynəlxalq Şura Toplantısında seçilir: `ELSA Azərbaycan bu toplantıda mövcud səslərin demək olar ki, hamısını toplaya bildi. Bunun səbəbi isə, 3 ildir ELSA Azərbaycan tərəfindən ardıcıl olaraq uğurlu layihələrin həyata keçirilməsidir`.



Teqlər:  





Xəbər lenti