Federasiya Suriyada öldürülən idmançı ilə bağlı məlumat yaydı

Federasiya Suriyada öldürülən idmançı ilə bağlı məlumat yaydı
  27 Mart 2014    Oxunub:1962
"Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur".

Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Federasiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur.

C. Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C. Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb.

Federasiyanın mətbuat xidmətindən C. Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər.

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrində yer alan məlumatlara görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

“Mücahidlər” C. Bayramovun fotosunu da yayıblar.


Teqlər:  





Xəbər lenti