2013-cü ildə 778 nəfər edam olunub

2013-cü ildə 778 nəfər edam olunub
  28 Mart 2014    Oxunub:1180
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2013-cü ildə dünyada 778 nəfər edam olunub.“Amnesty International”ın verdiyi məlumata əsasən bu göstərici əvvəlki illərə nisbətən 100 nəfər və ya 15% çoxdur.

Edam olunanların sayına görə siyahıya Çin başçılıq edir. Baxmayaraq ki, Çin höküməti ölüm hökümlərinin sayını açıqlamır, amma “Amnesty International” hesab edir ki, bu ölkədə hər il minlərlə adama ölüm hökmü verilir. Siyahıda Səudiyyə Ərəbistanı, Somali və ABŞ da yer tutub.

Qeyd edək ki, 2013-cü ildə 22 ölkədə ölüm hökmünün icrası baş verib. Bu da, öldürülənlərin ötən ildəkindən daha çox insanı əhatə etməsindən xəbər verir. Bundan başqa bildirilir ki, edam cəzaları İndoneziya, Vyetnam, Nigeriya və Kuveytdə yenidən bərpa olunub. 2013-cü ildə ölüm hökmünün icrası elektrik stulu, güllələmək, öldürücü inyeksiya yolu ilə baş verib ki, onların əksəriyyətinə ABŞ -ın müxtəlif ştatlarında çox rast gəlinib.


Teqlər:  





Xəbər lenti