Türkiyədə məscidi raketlə atəşə tutdular

Türkiyədə məscidi raketlə atəşə tutdular
  01 Aprel 2014    Oxunub:941
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki,Türkiyənin Xatay vilayətinin Yayladağ bölgəsinə Suriya tərəfindən atılan 1 raket və 3 top mərmisi düşüb.

Bölgə mərkəzinə düşən raket məscidə dəyib və yaxınlıqda hərəkət edən 50 yaşlı Muna Hacısüleyman yaralanıb. 50 yaşlı qadın özü də suriyalıdır. Ona raketin qəlpələri dəyib. Hadisə saat 14.00 radələrində baş verib.

Suriyanın Yayladağı bölgəsinə yaxınlıqda yerləşən Kesab şəhərində Bəşər Əsədə bağlı hökumət birliklərilə müxalifətçi Azad Suriya Ordusu gücləri arasında şiddətlənən qarşıdurmalar çərçivəsində atılan 3 top mərmisi və 1 raket Türkiyə tərəfə düşüb. Top mərmiləri Güzelyurt kəndinin kənarına düşüb. Raket isə Yayladağın mərkəzində suriyalılar qaldığı çadır düşərgəsinin qarşısındakı məscidə dəyib.

Qəlpələr 50 yaşlı Muna Hacısüleymanın kürəyini və ombasını yaralayıb. Qana boyanmış Muna Hacısüleyman təcili yardımla Antakya dövlət xəstəxanasına aparılıb.



Teqlər:





Xəbər lenti