AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-nın şöbə müdiri vəfat edib
  15 Yanvar 2022    Oxunub:988
Azərbaycan elminə ağır itki üz verib.
AzVision.az xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub. M.F.Axundov adına APDİ-də ingilis və Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşmış, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb.

Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub. Milli ideya ve milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Politologiya" şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələr müəllifi olub.

AzVision.az



Teqlər: Alim  





Xəbər lenti