NASA-da unikal günəş kadrları

NASA-da unikal günəş kadrları
  06 Aprel 2014    Oxunub:1591
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, bazar günü NASA təşkilatı aprelin ikisi üçün qeydə alınan unikal kadrlar yayıb. NASA-nın Günəş Dinamikası Rəsədxanasından əldə edilmiş görüntülərdə aprelin 2-də Bakı vaxtı ilə saat 21:05-də baş vermiş partlayış və maqnit qasırğası əks olunub. Günəşdə partlayış nəticəsində ətrafa yayılan radiasiyanın təsviri NASA-nın "Youtube" video-portalındakı kanalında izlənmə rekordu qırır.

NASA alimləri sözügedən partlayışı orta səviyyəli və ya M6.5 səviyyəli partlayış kimi təsnif ediblər. M-səviyyəli partlayışın isə X-səviyyəli partlayışlardan 10 dəfə zəif olduğu bildirilir. Buna görə də, NASA alimləri Günəşdə baş vermiş son partlayışdan sonra yaranan radiasiyanın Yer atmosferinə yayılaraq insanların sağlamlığı, eləcə də telekommunikasiya sistemləri üçün təhlükə törətmədiyini bildirirlər.

Sanki 3d effekti verən kadrları təqdim edirik.




Teqlər:  





Xəbər lenti