Toponimiya Komissiyasının tərkibi dəyişib

Toponimiya Komissiyasının tərkibi dəyişib
  05 Aprel 2022    Oxunub:944
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib.
AzVision.az -ın xəbərinə görə, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Toponimiya Komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılır.

Onlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovla əvəzlənəcək.

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İman Eminov isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilk şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə ilə əvəzlənir.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti