`Da Vinçi kodu` sübut olundu! – SENSASİYA

`Da Vinçi kodu` sübut olundu! – SENSASİYA
  18 Aprel 2014    Oxunub:5605
Elmi dairələrdə “İsanın arvadının İncili” ("The Gospel of Jesus`s Wife) adlandırılan papirus parçasının həqiqi olduğu sübuta yetirilib. O da sübut olunub ki, həmin sənəd Matfey, Luka, İohann və Mark incilləri ilə eyni dövrə mənsubdur.

Rusiyanın `Komsomilskaya Pravda` qəzeti yazır ki, iki il əvvəl Harvardın ilahiyyat professoru Karen Kinq Romada keçirilən 10-cu Kopt Araşdırmaları Forumunda sensasion sənəd nümayiş etdirmişdi. Qədim kopt (Misirin ilk xristianları belə adlanırdı) dilində olan papuris parçasında İsanın evli olmasına dair açıq eyhamlar var.

Ölçüləri 4x8 santimetr olan papirusda 8 sətr yazı var, 9-ci sətrin izləri görünür.



Sənədin arxa tərəfində daha bir sətir də var, ancaq onu tam oxumaq olmur.

Sətirlərdə bunlar yazılıb:

"…Yox. Məryəm buna layiqdir …"
"…O, mənim davamçım ola bilər …"

Və ən əsası:

"…və İsa dedi: mənim arvadım …"
"… Mənə gəlincə, onunla birgə yaşamağımın səbəbi..."


Yəni açıq şəkildə İsanın evli olduğu göstərilir. Güman ki, söhbət Mariya Maqdalinadan gedir.

Öncə əksər misirşünasları və xristian ilahiyyatçıları papirusun saxta olduğunu iddia edirlər. Amma iki il sürən araşdırmalar belə olmadığını, papirusun həqiqiliyini təsdiqlədi. Radiokarbon analizi göstərdi ki, papirus parçasının ən azı 1400 il yaşı var. Onun mürəkkəbi digər qədim kopt sənədlərinin yazıldığı mürəkkəblə eynidir. Bunu Kolumbiya Universitetinin apardığı spektroskopik analiz də təsdiqlədi.

İndi ekspertlər bu sənədin bir kitabın parçası oluduğunu düşünürlər.



Maraqlıdır, eyni fikirləri qalmaqallı “Da Vinçi şifrəsi” romanında irəli sürən Den Braun bunu bilirdimi?

Qeyd edək ki, Braun İsanın evli olduğunu oxucuya sübut etmək üçün Filipp İncili adlaan kitabda istinad edir. Həmin kitabda Mariya Maqdalena İsanın “səyyarəsi” adlandırılır. Bu, qədim arami dilində elə “arvad” sözünə sinonim idi. Yada salaq ki, Apastol Filippə aid edilən “Filipp incili” 1945-ci ildə tapılmışdı. Bizim eranın 2-ci əsrinə aiddir, kanonik kitablardan sayılmır, yəni, apokrifdir.



Papirusu araşdıran ekspertlər ehtiyatla bildirirlər ki, onlar yalnız sənədin qədimliyini sübut ediblər, məzmununu yox. Yəni papirus saxta deyil, amma orada yazılanlar həqiqətdirmi – bu, artıq ayrı məsələdir.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti