"Hubble" teleskopu kainatda unikal yerin şəkilini çəkdi

      "Hubble"    teleskopu kainatda unikal yerin şəkilini çəkdi
  23 May 2022    Oxunub:2348
"Hubble" kosmik teleskopu Yer kürəsinin yaxınlığında yerləşən unikal ulduz çoxluğunun(Klaster-red.) şəklini çəkib. "Liller 1" adlanan bu klaster Yerdən cəmi 30.000 işıq ili uzaqlıqda yerləşir.
“Ceyms Uebb” ilk təsviri göndərdi – FOTO
Bu isə astronomik baxımdan nisbətən yaxın klaster sayılır. "Liller 1" qalaktikamızın mərkəzindəki sıx və tozlu bölgə olan "Süd Yolu"nun çıxıntı hissəsində yerləşir.

Alimlər deyirlər ki, bu ulduz sıxlığı xüsusilə maraqlı klaster olmasıyla seçilir. Çünki onun əksər növlərindən fərqli olaraq "Liller 1"in tərkibində çox gənc və çox qədim ulduzların qarışığı var.

Məlumata görə, klasterlər adətən yalnız özündə köhnə ulduzları ehtiva edirlər. Bəziləri isə kainatın özü qədər qədimdir... Bundan fərqli olaraq isə "Liller 1"də yaşları nəzərəçarpacaq dərəcədə fərqli olan ən azı iki fərqli ulduz populyasiyası var. Onlardan ən qədiminin 12, ən gəncinin isə cəmi 1-2 milyard yaşı var. Bu, ulduz sisteminin qeyri-adi şəkildə uzun müddət ərzində fərqli ulduzlar əmələ gətirmək qabiliyyətindən xəbər verir.
Xatırladaq ki, əvvəllər "Hubble" "Oxatan bürcü"ndə parıldayan ulduz dəstəsinin şəklini çəkmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ulduz   Teleskop  





Xəbər lenti