Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

   Xaricdə təhsil almaq istəyənlərin    NƏZƏRİNƏ
  24 İyun 2022    Oxunub:1257
Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi iyulun 15-də olacaq.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti