Şagirdlərdən fondpulu tələb edən müəllim işdən çıxarıldı

 Şagirdlərdən fondpulu tələb edən müəllim    işdən çıxarıldı
  22 İyul 2022    Oxunub:1699
Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb.

İdarədən AzVision.az -a bildirilib ki, araşdırma zamanı məktəbin 11 “c” sinfinin sinif rəhbəri şagirdlərindən müxtəlif adlar altında ödəniş tələb etdiyini etiraf edib və işdən azad olunub:
“Eyni zamanda pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara görə direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs barəsində mövcud qanunvericiliyə uyğun tədbir görülməsi qərara alınıb.

Bu kimi neqativ hallara qarşı mübarizədə valideynlər tərəfindən verilmiş dəstəyə görə təşəkkürümüzü bildiririk”.

AzVision.az


Teqlər:





Xəbər lenti