ANS-in jurnalisti Milli Məclisə buraxılmadı

Parlamentdən bildiriblər ki, onun adı siyahıdan çıxarılıb. Qeyd edilib ki, ANS telekanalının 5-6 müxbiri parlamentdə akkreditasiyadan keçib:
`Ləman Ələşrəfqızının fəaliyyəti Milli Məclisi qane etmədiyi üçün onun adı siyahıdan çıxarılıb və rəhbərlik digər müxbirini MM-ə göndərməlidir`.
Qeyd edək ki, L. Ələşrəfqızı ötən iclasda deputatların bir – birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı.
Sevinc İltifatqızı