Şəxsiyyət vəsiqəsinin qiyməti qalxdı

Şəxsiyyət vəsiqəsinin qiyməti qalxdı
  02 May 2014    Oxunub:4133
Parlamentin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanun layihəsinə növbəti dəyişikliyin edilməsi müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, dəyişikliyə əsasən Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri müəyyən olunub. Azərbaycan Respublikası vətəndaşlarına və ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətndaşlığı olmayan şəxsə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycanda qaçqın statusu alan şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycanın vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün yüni dövlət rüsumunun dərəcələri müəyyənləşdirilib.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5, 3 iş günü müddətində 25, 1 iş günü müddətində isə 35 manat təyin edilib. Qanun 2015-ci ilin dekabr dekabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, müzakirələrdən sonra qanuna edilən dəyişikliklər qəbul edilib.

Xatırladaq ki, bundan öncə şəxsiyyət vəsiqəsi vətəndaşa üç iş günü müddətində verildikdə 5 manat, üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat tələb olunurdu.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti