“İndi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır”

“İndi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır”
  02 May 2014    Oxunub:1358
“Biz burda özümüzü öldürsək də kimin nəyə marağı var ona baxacaq. İndi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır”.
AzVision.az xəbər verir ki, bu sözləri YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında mətbuat və televiziyalarla bağlı müzakirələr zamanı deyib.

“Biz hansı əsrdə yaşayırıq? Bu necə münasibətdir? Cəmiyyət üçün nə maraqlıdırsa ona baxacaq. Biz burda özümüzü öldürsək də kimin nəyə marağı var ona baxacaq. İndi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır. Nə etməliyik? İndi XXI əsrdir hərə öz evində istədiyi kanala baxır, kimisi euronews-ə, CNN-ə, kimsi də Xoşqədəm Hidayətqızına”,-deyə millət vəkili əlavə edib.

Daha sonra millət vəkili xəbər portallarından da narazılıq edib:

“Bu gün elə saytlar var ki, 5-6 uşağı yığıb başına ancaq ara qarışdırmaqla məşğuldur. Sualı ona kimsə yazıb verir. Sonra da sənə zəng edir ki, buna münasibət bildir. Sual verəndə də görürsən ki, necə savadsız jurnalistdir. Hətta araşdıranda ortaya çıxır ki, bunun heç ali təhsili də yoxdur”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti