ABŞ səfirliyi Uorliki müdafiə etdi - AÇIQLAMA

Səfirliyin məlumatında bildirilir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.
Səfirlik rəsmi Bakının amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsinə dair bəyanatına münasibət bildirərkən qeyd edib.
"ABŞ höküməti Xarici İşlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi fikirlər ilə razı deyil".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirmişdi ki, Azərbaycan amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra bilər.