Bakıda daha bir yolun asfalt-beton örtüyü çökdü

 Bakıda daha bir yolun asfalt-beton örtüyü çökdü
  03 May 2014    Oxunub:1271
Bakıda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, asfalt-beton örtüyünün çökməsi yolun Buzovna qəsəbəsindəki hissəsində baş verib.

Hazırda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə iş aparılır.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yolun göstərilən hissəsində baş vermiş çökmə faktını təsdiqləyib.

Bir neçə ay əvvəl "Azərsu" ASC (milli su operatoru) məhz yolun həmin hissəsində su kəmərinin çəkilişi işlərini həyata keçirmişdi.


Teqlər:





Xəbər lenti