İsrail alimləri: `Musa peyğəmbərin əhvalatı uydurmadır`

İsrail alimləri: `Musa peyğəmbərin əhvalatı uydurmadır`
  04 May 2014    Oxunub:6095
İsrail arxeoloqları uzun illər apardıqları qazıntılardan sonra nəhayət bu qərara gəliblər ki, Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib.
AzVision.az xəbər verir ki, professor Zeev Hersoq bildirib ki, israillilər heç zaman Misirdə olmayıblar, heç zaman səhrada köç etməyiblər və Fələstin torpaqlarını yəhudilərin 12 tayfası üçün işğal etməyiblər. “Yəhudi tarixinin əsas hadisələrinin heç biri bizim tapdıqlarımızla təsdiq edilməyib”, - deyə professor vurğulayıb.

Alimlər iddia edir ki, İsrail rahibləri tərəfindən şeypur səsi ilə dağıdılmış Eriha divarları da olmayıb. Zeev Hersoqun fikrincə, Bibliyada təsvir edilənlər Romul və Rem əfsanəsinə bənzər uydurma əhvalatlardır.

İsrail alimlərinin dedikləri tarix elmi üçün inqilabi yeniliklərdir və adamlar bunu qəbul etmək istəmir. “Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir. Bu, o demək deyil ki, arxeoloqlar düzgün yerdə axtarmayıblar. Onların əldə etdiyi çox saylı sübutlar göstərir ki, Davud və Süleymanın zamanında Qüds çox böyük yaşayış məntəqəsi olub, amma orada nə mərkəzi məbəd, nə də padşah sarayı olmayıb”,- deyə Hersoq aparılan işlər barədə bildirib. (ANS)


Teqlər:  





Xəbər lenti