Rauf Mirqədirovun Ankaradakı evində axtarış aparıldı

Rauf Mirqədirovun Ankaradakı evində axtarış aparıldı
  05 May 2014    Oxunub:911
Mayın 4-də günorta saatlarında Türkiyənin xüsusi xidmət orqanları Azərbaycanda həbs edilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və uşaqlarının Ankarada yaşadığı evdə axtarış aparıb.

AzVision.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Adilə Babaxanova "Turan" agentliyinə bildirib ki, mənzilə 11 nəfər gəlib. Ona deyiblər ki, axtarış Azərbaycan hakimiyyətinin sorğusuna əsasən aparılır.

Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar, o cümlədən jurnalistin qızının planşeti götürülüb. Bundan sonra Azərbaycan səfirliyinin nümayəndəsi mənzilə gəlib və jurnalistin xanımını sorğu-sual edib.

Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən "Ayna-Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov Türliyədə saxlanıb və aprelin 19-da təyyarə ilə Bakıya göndərilib. O Bakı hava limanında həbs edilib.

Mirqədirovun xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.


Teqlər:





Xəbər lenti