TQDK imtahan nəticələrini açıqladı

İmtahanın nəticələri elə həmin gün – mayın 4-də saat 16:00-dən etribarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri imtahana gəlməyib. 1636 nəfəri imtahanda iştirak edib. Ən yüksək nəticə 40 bal olub.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
İmtahan nəticələri ilə BURADAN tanış ola bilərsiniz.
Sevinc İltifatqızı