Azərbaycanda astronomiya günü keçirildi

Azərbaycanda astronomiya günü keçirildi
  16 May 2014    Oxunub:2047
Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına Şamaxı Astofizika Rəsədxanası və `Tusi Bohm Planitarium`un təşkilatçılıgı ilə “Astranomiya Günü” keçirilib.
Şamaxı Astofizika Rəsədxanasının Elmi işlər Üzrə direktor müavini Xıdır Mikayılov qonaqlar və 160 saylı məktəbin şagirdləri qarşısında astronomiyaninin tarixindən və gələcəyindən danışıb.

Rəsədxananın aparıcı elmi işçısi Ədalət Ətayi isə bütün dünyada qeyd olunan Astronomiya günü haqda ümumi məlumat verib. Onun sözlərinə görə, Astronomiya Günü hər il aprel ayının ikinci yarısı ilə may ayının birinci yarısı arasındakı şənbə gününə düşür. Amma ən maraqlısı odur ki, məhz həmin şənbə günü Ayın dörddə bir hissəsi görünür.

Bu günü qeyd edən dünya astronomları həm də insanların diqqətini planetlərə, onlarin öyrənilməsinə yönəldirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti