Düşmənin cibində: Ruslar Ukraynaya silah göndərən şirkətlərə pul qoyurlar

      Düşmənin cibində:    Ruslar Ukraynaya silah göndərən şirkətlərə pul qoyurlar
  13 Fevral 2023    Oxunub:2895
Ukraynadakı müharibə çıxılmaz nöqtəyə yaxınlaşdıqca Rusiyanın Qərbdən asılılığı absurd xarakter almağa başlayır. Maliyyə ekspertlərinin bu yaxınlarda aşkar etdiyi şok faktlardan belə qənaətə gəlmək olar ki, Rusiya vətəndaşları Ukraynaya silah göndərən şirkətləri... maliyyələşdirməkdədirlər.
Belə ki, Sankt-Peterburq (SPB) və Moskva Birjalarının (MOEX) elektron meydançalarında rahatlıqla "Lockheed Martin Corporation" və ya "Raytheon Technologies Corporation" şirkətlərinin səhmlərini almaq, yəni onlara sərmayə yatırmaq mümkündür.

Amerika Birləşmiş Ştatlarının "Lockheed Martin Corporation" şirkəti Ukraynaya göndərilən M142 HIMARS (OTRK/RYAS), "Raytheon Technologies Corporation" isə MIM-104 “Patriot” (HHM kompleksləri) və FIM-92 “Stinger” (DZRK) raketlərinin istehsalçısıdır.

Yəni dolayısı ilə qazanc izində olan Rusiya vətəndaşları bilərəkdən və ya əksinə, ölkələrinə qarşı koalisiya yaradan dövlətlərin şirkətlərinə pul yatırırlar.

Təbii ki, müxtəlif sanksiyalar səbəbindən bu cür şübhəli "sərmayə" bir gün fiasko ilə nəticələnə və etibarlı səhm portfeli bir anda öz dəyərini itirə bilər. Amma həmin an gələnə qədər RF birjalarının elektron bazarı hərəkətdədir və son günlərin ən populyar lotları sırasında... “Rheinmetall AG”nin səhmləri var. Bilməyənlər üçün qeyd etmək lazımdır ki, bu Alman sənaye nəhənginin çoxsaylı istehsalat sırasındakı əsas əmtəə nişanı “Leopard” tanklarıdır.

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ukrayna   Müharibə   Rusiya  





Xəbər lenti