Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
  21 Fevral 2023    Oxunub:887
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Bu barədə AzVision.az -a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti