Ukrayna ərazi güzəştinə gedəcək? – Trampın yeni planı

“Tam təfərrüatlar yaxın üç gün ərzində açıqlanacaq. Ukrayna, Rusiya ilə bağlı çox yaxşı görüşlərimiz oldu. Baxaq görək, necə olacaq”, - nəşr ABŞ prezidentinin jurnalistlərə açıqlamasından sitat gətirir.
Planın konkret şərtləri hələ açıqlanmasa da, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinin dediyinə görə, bu, Ukraynanın təhlükəsizliyinin təminatı üçün “müqavimət qüvvəsi”nin yaradılmasını əhatə edə bilər. O, Ukraynanın öz ərazisinin 20%-ni itirdiyini “de-fakto” etiraf etməyə hazır ola biləcəyinə diqqət çəkib.
- De-fakto o deməkdir ki, biz rusların bu torpaqları işğal etdiyini etiraf edirik, lakin biz demirik ki, Ukrayna bundan həmişəlik imtina edəcək”, - amerikalı məmur deyib.
Parisdə ABŞ nümayəndə heyəti ilə danışıqlarda iştirak edən Ukraynanın Müdafiə naziri Rustem Umerov “Sky News” telekanalına müsahibəsində Kiyevin “konstruktiv dialoqa” hazır olduğunu təsdiqləyib. Bununla belə, o, rəhbəri olduğu qurumun “siyasi qərarlar qəbul etmədiyini” vurğulayıb.
“Əsas məsələ effektiv atəşkəsin necə təmin olunması və ona əməl olunmasına etibarlı nəzarətin təmin edilməsidir”, - Umerov bildirib.
Moskva hələ ki, sülh sazişi ilə bağlı dəqiq mövqe açıqlamayıb. Həftəsonu çıxışında Rusiya prezidenti Vladimir Putin 3 min dəfədən çox dəfə pozulduğunu dediyi “Pasxa barışığı”nı da xatırladıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp Ukrayna ərazilər