"Valideyinlər müəllimlərə bahalı hədiyyələr almasınlar" - Nazir

   "Valideyinlər müəllimlərə bahalı hədiyyələr almasınlar" -    Nazir
  27 Fevral 2023    Oxunub:1694
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə 8 mart münasibəti ilə qadın müəllimlərə hədiyyə alınması məsələsinə toxunub .
AzVision.az xəbər verir ki, nazir brifinqdə çıxışı zamanı belə təşəbbüslə daha çox valideynlərin çıxış etdiyini qeyd edib:

"Valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırsa, külli miqdarda pul yığılıb verilirsə, bu, məktəb idarə olunmasına adekvat deyil. Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edir.

Əgər hansısa məktəblərdə belə hallara yol verilirsə bizim qaynar xəttə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, araşdıraq".

Nazir əlavə edib ki, müəllimləri xoş sözlər, açıqçalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr daha yaxşı olar.

"Valideynlərə bahalı hədiyyələrin alınması, külli miqdarda pul yığılmasından əl çəkməlidirlər. Onlar bu addımı atmalıdırlar".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti