Aha, dərhal da ermənilər, “erməni düşüncəlilər” və əlbəttə ki, “milli satqınlar” bayram havasına büründülər. Niyə? Çünki guya bunların “arqumentləri” əsas götürülərək Azərbaycan dövlətinin təmsilçisi ilə Avropa dövlətlərindən birinin qanunverici orqanında görüşdən imtina olunmuşdu.
Baxın, burada ermənilərdən gözlənilən də bu feyk xəbərə və ya “xəbərci”yə sevinməkdir. Onlar bu uydurmaya nəinki sevindilər, hətta bu “sevincli xəbər”in mənbəyini də necə deyərlər, sevə-sevə paylaşdılar; mənbə biz deyilik, “özləri”dir, dedilər, yazdılar və sosial şəbəkələrdə paylaşdılar. Yəni, erməni və içimizdəki milli xainlər toy-bayram etdilər ki, “parlaq diplomatik qələbə” qazanıblar. “Qələbə”nin adı isə “Azərbaycan dövlətinin rəsmi təmsilçisinin Niderlandda parlamentdəki görüşə buraxılmaması” oldu. Amma məsələ həqiqətən də belə idimi?
Gəlin, əsl həqiqətin nədən ibarət olduğuna diqqət edək.
Beləliklə, bu feyk xəbərə sadəcə fikir verməyən Niderlanddakı səfirliyimiz məlumat paylaşdı ki, dövlətin rəsmi nümayəndəsi o yalanın yayıldığı anlarda məhz millətimiz və dövlətimizin, yəni, 44 günlük Vətən Müharibəsinin memarlarının mənafelərini, həqiqətlərimizi, xüsusilə də Ermənistanla sülh prosesindəki konstruktiv mövqeyimizi, həmçinin Laçın yolundakı aksiyamızla əlaqədar uydurulan erməni yalanlarının mahiyyətini və digər milli məsələlərimizi niderlandlı parlamentarilərə izah etməklə, gerçəkləri ortalığa qoymaqla məşğul idi.
Ölkəmizin rəsmi təmsilçisi ilə görüşlərdən nəinki imtina olunmuşdu, əksinə, Elçin Əmirbəyov bu anti-milli ünsürlərin yalan məlumat istehsal edərək ondan zövq aldıqları zamanda hollandiyalı siyasətçilərə izah edirdi ki, Ermənistan əslində nə ilə məşğuldur və nə səbəbdən qonşusu Azərbaycana böhtanlar atır, ona əsassız ərazi iddiaları irəli sürür, sərhəddə təxribatlar törətməklə qan axıdır, Zəngəzur dəhlizinin region, Avropa və dünya, o cümlədən “Orta dəhliz” üçün əhəmiyyəti nədən ibarətdir, Laçın yolunda heç bir blokada yoxdur, sadəcə eko-fəalların haqlı olaraq tələbləri var, iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmalı və nəhayət, ədalətli sülh müqaviləsi imzalanmalıdır.
➡️sur les questions de sécurité régionale ,la contribution de l’#UE dans le processus de normalisation et de paix entre l’Azerbaïdjan et l’Arménie ,ainsi que sur le « Corridor du Milieu ». pic.twitter.com/zNO34RM0C2
— Azerbaijan in the Netherlands (@Azerbaijan_inNL) April 14, 2023
Elə həmin görüşlərdə Avropa İttifaqının regional təhlüksəizlik məsələsində artan rolu barəsində danışan fövqəladə və səlahiyyətli səfir, Azərbaycan dövlətinin rəsmi təmsilçisi cənab E.Əmirbəyov, yenə təkrar edirik, məhz bizim hamımızın milli mənafelərini ehtiva edən, Prezident İlham Əliyevin Ermənistanla normallaşma prosesində atdığı addımların, həyata keçirdiyi siyasətin həqiqi mahiyyətini Avropa dövlətindəki siyasətçilərə açıq və çox sadə məntiqlə izah edir və bu da qəbul olunurdu.
Bu uğurlu görüşlər haqqında isə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri R.Mustafayev tvit ataraq holland siyasətçilərinə, parlamentarilərə, bu ölkənin 6 partiyasının təmsilçilərinə çox faydalı və səmərəli fikir mübadiləsinə görə təşəkkürünü bildirib. İkitərəfli əlaqələrə, həmçinin cənubi Qafqazda baş verən siyasi və geosiyasi proseslərə dair faydalı müzakirələr olub. Bununla da “ciddi uğurdan” başı gicəllənən, toy-bayram edən ermənilərin və sapı özümüzdən olan “erməni düşüncəlilər”in yalanları nəinki ifşa edildi, hətta onlar rüsvay da oldular.
Bəs əslində nə baş vermişdi, Azərbaycanın döyüş meydanında qazandığı qələbənin, diplomatik cəbhədə əldə etdiyi uğurların fonunda erməniləri və “erməni düşüncəli”ləri ömrü cəmi bir neçə saatlıq olan yalanları uydurmağa nə vadar etmişdi?
“Bir yalanın sirri” nədədir?
Mən həqiqəti yazım, siz də lütfən, onu diqqətlə oxuyaraq, təhlil edərək, düzgün nəticə çıxarın.
Birinci səbəb odur ki, Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə başlatdığı yalan-böhtan kampaniyası, Qarabağdakı tör-töküntülərə status almaq ümidləri sözün əsl mənasında iflasa uğrayıb. Nə BMT, nə ATƏT, nə Avropa Şurası, nə Rusiya, nə ABŞ, nə, nə, nə... onların istəklərinə heç bir ciddi reaksiya vermədilər, Azərbaycana qarşı gözlədikləri “xarici təzyiq” sadəcə növbətçi bəyanatlardan, məsələn, “tərəfləri problemləri danışıqlar vasitəsi ilə həll etməyə çağırırıq”dan o tərəfə keçmədi. “Bacı” Fransa da ancaq bəyanat verir. Hə, bir də köhnə-yeni “bacı” İranın da əlindən gələn ancaq Tehrandakı səfirliyimizə və deputat Fazil Mustafaya qarşı terror törətmək oldu. Xameneinin xarici məsələlər üzrə müşaviri Ə.Ə.Vilayəti məqalə yazdı ki, “biz Azərbaycana hücum etmərik”. Amma yazmadı ki, niyə Ermənistana bu qədər cəsarət və dəstək verirlər ki, bu ölkə də həmin o qonşuluq nizamını, sülh və sabitliyi təhdid edir!? Yaxud da Azərbaycana qarşı hər gün edilən hücumları “Ağayi mollalar” nə üçün səngitmirlər?! Nə isə, bu ayrı yazının mövzusudur.
İkinci səbəb budur ki, Ermənistan rəhbərliyi və şəxsən Paşinyan artıq həqiqi dalana dirəniblər. Yaranmış “kollaps vəziyyətin”dən sadəcə çıxış yoxdur. Ölkədə daxili gərginlik artır, Qarabağda separatçılıq ocağı demək olar, can verir, xaricdən heç bir dəstək gəlmir, Rusiya ilə münasibətlər pozulur (rus siyasətçilər hətta Ermənistanın mübahisəli ərazi olduğunu bəyan edirlər), Avropa və ABŞ-dan tələb etdikləri dəstəyin olmaması barəsində də acınacaqlı durum tezliklə Ermənistanda sabitliyin pozulacağının işartılarıdır.
Üçüncüsü və ən başlıcası olan da Azərbaycanın, onun müzəffər Prezidenti İlham Əliyevin haqq-ədalətin bərpası naminə güclənən təzyiqləridir ki, Ermənistan bu təzyiqlərin qarşısında heç cür tab gətirə bilmir. Ona görə də bu fonda daxili çəkişmələr artır. Məsələn, Paşinyan deyir ki, Sarqsyan Qarabağı hələ “Madrid prinsipləri”ni qəbul edərkən Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Sarqsyan da deyir ki, “Ara, Paşinyan! Faktı açıqla, yoxsa, ya yalan danışırsan ya da mənəviyyatında problem var!”
Dördüncüsü, yəni, “Bir yalanın sirri”nin açılmasına kömək edən daha bir həqiqət isə elə dünən məlum oldu. Leo Nikolyan tvit atdı ki, Fransa Xarici İşlər nazirliyində Ermənistan səfirinin adı ilə bağlı qalmaqallı korrupsiya, qaydaların pozulması, sənədlərin saxtalaşdırılması faktları ortaya çıxıb.
#France @gouvernementFR @francediplo Scandale au Ministère des Affaires Étrangères.Limogeage d @AnneLouyot @AmbaFR_Armenie impliquée dans une corruption très active.Rapatriée pour enquête.Violation de règles,Disfonctionement,vols de fichiers,remplacee par @O_Decottignies.@afpfr
— Leo Nicolian (@NicolianLeo) April 14, 2023
Məncə, elə on Ermənistanı rüsvay edəcək sonuncu faktın açıqlanması ilə paralel “Niderland parlamentində Azərbaycan dövlətinin təmsilçisi ilə görüşdən imtina olundu” feyk sensasiyasını yaymaqda məqsədin nədən ibarət olduğu gün kimi aydın olur: Azərbaycan təmsilçilərinin, o cümlədən, də Elçin Əmirbəyovun son dövrlərdə dünyanın bir sıra ölkələrində keçirdiyi görüşlərdə ölkəmizin mənafeləri naminə əldə etdikləri nəticələrin yüksək effektivliyini azaltmaq və dövlətimizin parlaq diplomatik uğurlarına kölgə salmaq.
Yəni, xain və çirkin hədəf yenə də dövlətimizi, onun uğurlarını gözdən salmaqdır. Məqsəd isə diqqəti Fransa XİN-də Ermənistan adına yaranan yeni korrupsiya qalmaqalından yayındırmaqdır.
Fəqət alındımı? Qətiyyən yox və heç vaxt da alınmayacaq!
Azərbaycanda çox gözəl atalar sözümüz var: “Yalan ayaq tutar, amma yeriməz!”