KTMT Ermənistan-Azərbaycan sərhədinə qoşun göndərəcəkmi? – Qırğızıstandan baxış
KTMT sülhməramlıları Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcəkmi? AzVision.az -ın bu və digər suallarını qırğız ekspert Edil Osmonbetov cavablandırıb.
Onun sözlərinə görə, bu gün Qazaxıstan və Qırğızıstan Mərkəzi Asiyanın digər ölkələri kimi, xarici siyasət sahəsində yetərincə ekzistensial mövqe tuturlar. “Geosiyasi turbulentlik vaxtı önəmli olan öz milli təhlükəsizliyimizdir. Bundan əlavə, indi biz ticarət yollarını şaxələndirmək və təhlükəsizliyi təmin etmək üzərində çox diqqətlə işləməliyik. Mərkəzi Asiya ölkələri üçün bu gün ciddi problemlərdən biri Əfqanıstanın hakim rejimidir. Bu problem qlobal gündəmdən çıxaraq regional səviyyəyə enib. Müvafiq olaraq hesab edirəm ki, Qırğızıstan və Qazaxıstan öz milli maraqlarının tələb etdiyi məsələlərə daha çox diqqət yönəltməyə çalışacaqlar”,- ekspert qeyd edib.
Qırğızıstan ictimaiyyətinin bu məsələyə mümkün reaksiyasına gəlincə, ekspert münasibətin mənfi olacağını qeyd edib. “Qırğızıstanın qonşuları ilə sərhədlərində öz problemləri var. Oxşar problem Mərkəzi Asiyanın digər ölkələrində də mövcuddur. Ona görə də hesab edirəm ki, bu qərar müsbət qarşılanmayacaq, bununla belə, ilk növbədə ölkələrimiz öz milli suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır”, - E.Osmonbetov bildirib.
Murad Nəcəfov
AzVision.az
Teqlər: KTMT