Lənkəranda narkotika görə 13 nəfər saxlanılıb

Lənkəranda narkotika görə 13 nəfər saxlanılıb
  20 İyul 2023    Oxunub:1117
Lənkəran sakininin həyətindən narkotik vasitə və çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Müqəddəs Qəmbərov saxlanılıb.

Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı M.Qəmbərovun yaşadığı evin həyətindəki yarımçıq tikilidən kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti