İcra başçısının qardaşı qətlə yetirilib?

 İcra başçısının qardaşı qətlə yetirilib?
  28 İyul 2023    Oxunub:1491
Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
AzVision.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis cinayətin üstünü açıb. Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Məlum olub ki, Azay Qaraşov atasını qətlə yetirdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilib. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti