Türkiyədə inflyasiya avqustda sürətlənib

   Türkiyədə inflyasiya avqustda sürətlənib
  04 Sentyabr 2023    Oxunub:1159
Türkiyədə avqustda inflyasiya kəskin şəkildə sürətlənərək illik ifadədə 58,9%-ə çatıb və analitiklərin proqnozlarını üstələyib. İstehlak qiymətlərinin bu cür artması Türkiyə Mərkəzi Bankının inflyasiya ilə mübarizəsində ciddi problem yaradır.
Bu barədə Bloomberg məlumat yayıb. Ərzaq və enerji qiymətlərinin artması fonunda inflyasiya sürətlənib. Aylıq qiymət artımı 9,1% təşkil edib.

Baza indeksinin illik artımı dəyişkən maddələr nəzərə alınmadan 64,9% təşkil edib. Analitiklər inflyasiyanın 55,9%-i keçməyəcəyini ehtimal edirdilər. Analitiklər qeyd edirlər ki, Türkiyə Mərkəzi Bankının (TCMB) ucuz kreditləşməni ləngitmək siyasəti hələ də nəzərəçarpacaq nəticələr verməyib.

2023-cü ildə lirənin devalvasiyası da inflyasiya risklərini özündə saxlayır. Türkiyə hökuməti inflyasiya ilə mübarizə üçün bütün lazımi tədbirləri görəcəyinə söz verib.

AzVision.az


Teqlər:





Xəbər lenti