ABŞ-ın 17 ştatı “Amazon”u məhkəməyə verdi

   ABŞ-ın 17 ştatı “Amazon”u məhkəməyə verdi
  27 Sentyabr 2023    Oxunub:957
ABŞ Federal Ticarət Komissiyası və ölkənin 17 ştatının prokurorları Amazona qarşı iddia qaldırıb.
Belə ki, “Amazon” məhsulların özünün təklif etdiyi qiymətlərdən aşağı qiymətə satılmasının qarşısını almağa çalışır. Əgər şirkət bu qiymətlərlə əşyalar aşkar edərsə, həmin əşyaların satıcısı Amazonun məhsul axtarış nəticələrinin dərinliklərində gizlənir və mahiyyətcə görünməz olur.

İddiaçılar həmçinin “Amazon”u məhsul axtarış nəticələrini promosyon təkliflərindən dəqiq ayırmamaqla və axtarış nəticələrində üçüncü tərəf satıcılarının təkliflərindən üstün tutmaqla istehlakçıları çaşdırmaqda ittiham edirlər.

Şikayətçilər məhkəmədən “Amazon”un hərəkətlərini monopoliya kimi tanıyaraq iddialarını dəstəkləməsini və bunun qarşısını almaq üçün tədbirlər görməsini xahiş edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti