Təkrar emal olunmuş plastikdən dondurma

Təkrar emal olunmuş plastikdən dondurma
  03 Oktyabr 2023    Oxunub:1938
İngiltərədən olan dizayner dünyada ilk dəfə təkrar emal olunmuş plastikdən istifadə edərək dondurma yaradıb.
Eleonora Ortolaninin fikrincə, yeni ixtira dondurma kimi dadlıdır. Dizayner bir sıra kimyəvi təcrübələr vasitəsilə plastikdən sintetik vanilin sintez etməyə kömək edən qida alimi Joanna Sadler ilə əlaqə saxlayıb.Eleanor əldə edilən maddəni dad artırıcı kimi dondurmaya əlavə edib.

Lakin Ortolani hələ də maddənin dadına baxmayıb. Alimlər məhsul bütün sınaqlardan keçib təhlükəsiz olana qədər onun dadına baxmağa icazə verməyiblər.

“Əgər mən sizə desəm ki, bu dondurmanın tərkibində plastik tullantılardan hazırlanmış inqrediyent var, bu, sizi iyrəndirər. Ancaq demək olar ki, hər şeyin eyni ekosistemin bir hissəsi olduğunu başa düşdükdən sonra layihənin mənası yaranır”.

AzVision.az


Teqlər:





Xəbər lenti