"SpaceX": "Starlink peyk tullantıları Yerə potensial risk yaratmır"

      "SpaceX":    "Starlink peyk tullantıları Yerə potensial risk yaratmır"
  11 Oktyabr 2023    Oxunub:1330
"The Aerospace Corporation" tərəfindən tərtib edilən və Starlink peyk tullantılarının yaralanmalara və ölümlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları özündə əks etdirən təhlil hesabatı "şişirdilmiş və yanlış"dır.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "SpaceX"in məlumatında qeyd edilib.

"SpaceX" iddia edib ki, hesabat Starlink peykinin Yer atmosferinə yenidən daxil olması ilə bağlı riskləri "yanlış təqdim edən səhv təhlilə əsaslanır".

Şirkət "The Aerospace Corporation"ı təhlili üçün rəy və hesabatlara müraciət etmədiyinə görə tənqid edib və hesabatın düzəldilməsinə çağırış edib.

"SpaceX" iddia edib ki, peykləri fəaliyyət müddətinin sonunda atmosferə daxil olduqda tamamilə parçalanmaq üçün nəzərdə tutulub və 2020-ci ilin fevral ayından bəri orbiti tərk edən 325 Starlink peykinin yer üzündə heç bir dağıntısına rast gəlinməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti