Sahibkarlar borcun ödənilməsi üçün "Azəriqaz"-dan möhlət istəyiblər
18 Oktyabr 2023
Oxunub:1996
"Mövsümün başlamasını və havanın temperaturunun aşağı düşməsini nəzərə alaraq dövlət yoxlamasına aparılan sayğacımın qısa müddət ərzində geri qaytarılmasına köməklik etməyinizi sizdən xahiş edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri sahibkarlıq subyekti Kamran Qocayev Tovuz rayonunun Dönük Qırıqlı kəndində baş tutan "Açıq mikrofon" aksiyası zamanı bildirib. Mikrofon önünə keçən Səlahəddin Rzayev və Fikrət Hüseynov SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sahibkarları diqqətdən kənar qoymadığını bildirərək bu il də yaranan borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunmasını xahiş ediblər. Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Birlik tərəfindən sahibkarlığın inkişafına dəstək olmaq məqsədi ilə qurumun səlahiyyətləri çərçivəsində sahibkarlıq subyektlərinə lazımi dəstəyin veriləcəyini qeyd edib.
Qeys edək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.