Sudakı xlor mokroorqanizmlərlə yanaşı bizi də məhv edir?

Sudakı xlor mokroorqanizmlərlə yanaşı    bizi də məhv edir?
  31 Oktyabr 2023    Oxunub:2050
Əhaliyə verilən içməli sudan tez-tez xlor qoxusu gəlir. Buna səbəb su təmizləyici qurğulardakı mikroorqanizmləri məhv etmək üçün suya xlorun əlavə edilməsidir.
Əksər inkişaf etmiş ölkələrdə suyun xlorlanması qadağan olunsa da, keçmiş sovet ölkələrində bu metod hələ də qalmaqdadır. Ekspert-biokimyaçı Mariya Kuleşova Gazeta.ru-ya açıqlamasında deyib ki, suya vurulan xlorun miqdarı elə hesablanacaq ki, krandan çıxan suyun hər litrində 0,3-0,5 mq aktiv xlor olsun.

İçdiyimiz xlorlu su bağırsaq xərçəngi yaradırmış - Alimlərdən xəbərdarlıq
“Bu kimyəvi maddə su təmizləyici qurğuda elə səviiyyədə əlavə olunur ki, su bütün borulardan keçəndən sonra mənzilə gəlib çıxanda yenə də qalır. O da məlumdur ki, xlor zamanla sudan "buxarlanıb" gedir”, - Kuleşova qeyd edib.

Məqalədə şəhərlərdə içməli suyun istifadə üçün hazırlanmasında mexaniki filtrasiya və kimyəvi təmizlənmədən keçəndən sonra suya xlor əlavə edilir. Xlor suda olan zərərli mikroorqanizmləri öldürsə də, bu maddənin insan bədənində qalması təhlükəli sayılır.

“Əvvəla, ondan pis qoxu gəlir. İkincisi, xlor aktiv maddədir və kimyəvi reaksiyalara girə bilər. Əgər sizin mətbəxinizdə çıxış suyunuz təmizdirsə, heç bir mikroorqanizm və ya üzvi qalıq yoxdursa, xlor zamanla sadəcə buxarlanır, avadanlıqlarda qalmır. Ancaq yaşadığınız ərazidə sizə verilən suda başqa maddələr varsa - məsələn, krandan su töküb onunla bulyon hazırlayırsızsa, aktiv xlor suda olan həmin maddələrlə kimyəvi reaksiyalara girməyə başlayacaq. O zaman bunun nəticələrinin necə olacağını heç kim deyə bilməz”, - mütəxəssis qeyd edib.

Kuleşovanın sözlərinə görə, xlor sudan qaynayan zaman da buxarlanır. Lakin o yenə də digər maddələrlə qarşılıqlı əlaqədə olub orqanizmə zərər verə bilər. Buna görə su filtrindən və ya qablaşdırılmış sulardan istifadə etmək daha ideal variantdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Su   Xlor  





Xəbər lenti