Alimlər: qəzəb çətin məqsədlərə çatmaq qabiliyyətini artırır

      Alimlər:    qəzəb çətin məqsədlərə çatmaq qabiliyyətini artırır
  31 Oktyabr 2023    Oxunub:1468
Ostindəki Texas Universitetinin alimləri qəzəbin faydalı xüsusiyyətlərini müəyyən ediblər. “Journal of Personality and Social Psychology” jurnalında dərc olunan araşdırmaya görə, bu emosiya insanları çətin məqsədlərə çatmağa təşviq edən güclü motivator ola bilər.
AzVision.az xəbər verir ki, tədqiqatçılar mindən çox subyekti əhatə edən eksperimentlər çərçivəsində iştirakçılarda müxtəlif emosional reaksiyalar, o cümlədən qəzəb, sevinc və kədər, eləcə də neytral emosional vəziyyət yaratmaq üçün nəzərdə tutulmuş testlər keçiriblər. Daha sonra iştirakçılara tapmacaların həlli və ya video oyunları oynamaq kimi çətin tapşırıqlar təklif olunub.

Qəzəb neytral emosional vəziyyətdə olanlarla müqayisədə bütün tapşırıq növləri arasında iştirakçıların məqsədlərinə çatmaq qabiliyyətinə müsbət təsir göstərib.

Tədqiqatçıların iddiasına görə, adətən neqativ hal kimi qəbul edilən emosiyalar əslində güclü motivator rolunu oynaya bilər. Onlar həmçinin vurğulayırlar ki, insanlar çox vaxt öz məqsədlərinə çatarkən, mənfi emosiyalara məhəl qoymadan yalnız müsbət emosiyalara diqqət yetirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: qəzəb   motivasiya  





Xəbər lenti