Baş bankir: "Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur"

      Baş bankir:    "Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur"
  02 Noyabr 2023    Oxunub:914
"Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur ki, bu da məzənnə sabitliyini dəstəkləyir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Baş bankir bildirib ki, fiskal əməliyyatlarla əlaqədar olaraq Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 248 milyon ABŞ dolları təşkil edib.

T.Kazımov qeyd edib ki, iqtisadi artım perspektivləri ilə bağlı gözləntilər nikbindir: "Mərkəzi Bankın son proqnozlarına əsasən, ÜDM-in 2023-cü ildə 1,5 faiz artımı proqnozlaşdırılır. 2024-2025-ci illərdə müvafiq olaraq 3,5 və 4 faizədək artacağını proqnozlaşdırırıq. Qeyri-neft ÜDM-ə gəldikdə isə 2023-cü ildə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə isə 5,5%-dək artım proqnozlaşdırılır. Cari ilin sentyabr ayında illik inflyasiya 5,1 faiz səviyyəsinə düşüb. O cümlədən inflyasiya ərzaq məhsulları üzrə 4,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, xidmətlər üzər 5,4 faiz olub".

AzVision.az


Teqlər:





Xəbər lenti