"Hazırda xarici dövlət borcumuz 6,5 milyard səviyyəsindədir" - Samir Şərifov

   "Hazırda xarici dövlət borcumuz 6,5 milyard səviyyəsindədir" -    Samir Şərifov
  02 Noyabr 2023    Oxunub:1097
"Xarici borcumuz azalacaq, təxminən 5 milyard dollara qədər enə bilər. Bu isə şübhəsiz konkret layihələrin maliyyələşdirilməsi ilə bağlı olacaq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hazırda bizim xarici dövlət borcumuz 6,5 milyard səviyyəsindədir: "Növbəti ildə bizim borcun əhəmiyyətli hissəsinin qaytarılması nəzərdə tutulub".

AzVision.az




Teqlər:





Xəbər lenti