"Bu il nağdsız ödənişlərin həcmi 2 dəfə artıb" - Mərkəzi Bank

   "Bu il nağdsız ödənişlərin həcmi 2 dəfə artıb" -    Mərkəzi Bank
  29 Noyabr 2023    Oxunub:1572
2023-cü ilin 10 ayında öyən ilin müvafiq dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 2 dəfə artıb.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov "Ödənişlərin təhlükəsizliyi və Kibertəhlükəsizlik" mövzusunda seminarda deyib. O qeyd edib ki, nağdsız ödənişlərin xüsusi çəkisi 55 faizə çatdırılıb.
"Son dövrlərdə ölkəmizin bank maliyyə xidmətlərinin istehlakçılara, müştərilərə çatdırılmasında kanallar rəqəmsallaşdırılır və nağdsız ödənişlərin sayı artır. İnsanlar gündəlik ödənişlərdə daha sürətli və asan ödəniş vasitələrinə üstünlük verirlər. İnsanlar mobil bank həllərinin daha aktiv istifadəyə üstünlük verirlər. Bu istiqamətdə əməliyyatların sayı və həcmində 2 dəfədən artıq üstünlük müşahidə edilir".

F. Osmanov qeyd edib ki, rəqəmsallaşma ödənişləri informasiya və kibertəhlükəsizlik riskləri formalaşdırır.
"İnsanların bank kartları məlumatlardan sui- istifadə etməklə dələduzluq halları müşahidə edilir. Bubun qarşısının alınması üçün biz aidiyyatı qurumlar və banklarla sıx əməkdaşlıqda çalışırıq, sosial çarxlar hazırlayaraq rəqəmsal kanallarda yayımlayırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti