Milli mətbəximiz NATO-da

Milli mətbəximiz NATO-da
  21 İyun 2014    Oxunub:1409
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Brüssel şəhərində NATO Mənzil Qərargahında rəsmi qəbul keçirib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən məlumata görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin səfirləri və diplomatik korpusun digər üzvləri, hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının əməkdaşları, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri, Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Qəbul zamanı Azərbaycana dair təbliğat materialları nümayiş etdirilib və qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.


Teqlər:





Xəbər lenti