Braziliya-Hollandiya görüşü alınmadı

Braziliya-Hollandiya görüşü alınmadı
  24 İyun 2014    Oxunub:1232
Futbol üzrə Braziliya yığması dünya çempionatının qrup mərhələsinin sonuncu matçında Kamerun komandasını məğlubiyyətə uğradaraq öz qrupunda birinci yeri tutubvə turnirin pley-off mərhələsinə çıxıb. O, bu mərhələdə Çili yığması ilə qarşılaşacaq. Meksikalılar xorvatlar üzərində qələbə qazanaraq ikinci yerdə qərarlaşıblar.

Bildiyimiz kimi, iyunun 23-də paytaxt Braziliada “A” qrupunun görüşü 4:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Braziliya yığmasının oyunçusu Neymar 17-ci və 35-ci dəqiqələrdə iki qola imza atıb. Oyunun 49-cu dəqiqəsində Fred, 84-cü dəqiqəsində isə Luis Fernandinyo fərqləniblər. Kamerun komandası tərəfindən yeganə qolu 26-cı dəqiqədə Joel Matipa vurub.

Eyni zamanda Resifidə keçirilən, “A” kvartetinin qrup mərhələsinin üçüncü turunun paralel görüşündə Meksika yığması 3:1 hesabı ilə Xorvatiya komandasına qalib gəlib. Meksika komandasında Rafael Markes (72), Andres Quardado (75) və Xavyer Ernandes (82) fərqlənmişlər. Sonda xorvatlar İvan Perişeçin (87) dəqiq zərbəsi sayəsində hesabı “yumşalda” biliblər. Yeri gəlmişkən, Xorvatiya komandasının oyunçusu Ante Rebiç kobudluğa görə qırmızı vərəqə alıb.

Braziliya və Meksika hərəyə 7 xal toplayıblar. Lakin turnirin ev sahibləri vurduqları və buraxdıqları toplar arasında daha yaxşı fərqə görə “A”qrupunda birinci yerdə qərarlaşıblar. Xorvatlar və kamerunlular dünya çempionatını tərk edirlər. Braliziya iyunun 28-də 1/8 final mərhələsində Çili yığması, Meksika isə iyunun 29-da Hollandiya yığması ilə qarşılaşacaq.


Teqlər:





Xəbər lenti