"İntihar edən şagirdin sinif yoldaşları ilə ünsiyyəti yaxşı olub" - Təhsil İdarəsi

 "İntihar edən şagirdin sinif yoldaşları ilə ünsiyyəti yaxşı olub" -  Təhsil İdarəsi
  09 Fevral 2024    Oxunub:2693
Gəncədə intihar edən məktəbli Məmmədov Ağamir Azər oğlunun hər hansı problemi olmayıb.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

"Məktəbin verdiyi məlumata əsasən şagirdin sinif yoldaşları ilə ünsiyyəti yaxşı olub. Bu tədris ilinin I yarımilini orta səviyyəli qiymətlərlə başa vurub", deyə məlumatda qeyd edilib.

***
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.

AzVision.az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti