"Müəllimlərə qarşı yersiz təzyiqlər yolverilməzdir"

   "Müəllimlərə qarşı yersiz təzyiqlər yolverilməzdir"
  29 Fevral 2024    Oxunub:1126
Elm və təhsil naziri Emin Əmrullayev son vaxtlar ümumtəhsil müəssisələrində baş verən cinayət hallarından danışıb.
AzVision.az xəbər verir ki, nazir valideynlərə övladları barədə məktəbə vaxtında məlumat vermələrini tövsiyyə edib:

"6 nömrəli tam orta məktəbin ikinci sinif şagirdinin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu cinsi qısnamaya məruz qoyub. Araşdırma aparılıb. Nəticədə bu hadisə ilə bağlı heç bir sübut tapılmayıb.

Şüvəlan məktəbində iki qız arasındakı hadisə məktəbdə baş verməyib. Cinayət işi açılıb və hüquq mühafizə orqanları məsələni araşdırır. Nəticəsini hamı gözləyir.

Müəllimlərə qarşı yersiz təzyiqlər yolverilməzdir. Nazirlik olaraq bu bizim mövqeyimizdir.

Gəncədə baş verən hadisədə isə məktəb kontingentinin üzvü olmayan şəxs ümumtəhsil müəssisəsəsinə daxil olmağa çalışır və qarşısı alınır. Yeniyetmələr arasındakı belə cinayət əməllərinə qarşı qanunvericiliyə uyğun iş aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti