"Şagirdin məktəbdən qovulması həll yolu deyil"

   "Şagirdin məktəbdən qovulması həll yolu deyil"
  29 Fevral 2024    Oxunub:808
"Müəllimin arxasınca düşüb kamera ilə çəkməklə tərbiyə alətlərini onun əlindən almış olacağıq. Çünki belə rəftarla o, nəsə etməyə çəkinəcək. Bu isə yaxşı nəticəyə gətirib çıxarmayacaq".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O qeyd edib ki, ölkədə olan 150 mindən çox müəllimdən 300-500-ü davranış qaydalarını poza bilər və onlara qarşı lazımi addımlar atılır.

"Lakin onlara qarşı uyğunsuz davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir edə bilər. Ailələr məktəblə daha yaxından işləməlidirlər. Uşaqların gedəcəyi yer məktəb və evidir. Onların harada tərbiyə almasını müəyyən etmək çətindir. Bunu müzakirə etməyin mənası da yoxdur".

Nazir şagirdin məktəbdən qovulmasının da həll yolu olmadığını vurğulayıb:

"Məktəbin işi uşağı islah etməkdir. Şagirdə cinayət əməlinə görə cəza düşmürsə, o, açıq və qapalı tipli tədris müəssisələrinə göndərilməlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti